Suriyanın yeni hakimiyyəti ölkənin Ərəb Dövlətləri Liqasına qayıdacağına ümid edir
Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.
"Ümid edirik ki, Ərəb Dövlətləri Liqası Suriya xalqının iradəsini dəstəkləyəcək və tezliklə ora qayıdacağıq", - o qeyd edib.
Dəməşqin Ərəb Dövlətləri Liqasına üzvlüyü 2011-ci ilin noyabrında silahlı münaqişəyə çevrilən daxili böhranın pik nöqtəsində dayandırılıb. 2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra bir çox ərəb dövlətləri Suriya ilə yaxınlaşıb və ona böyük humanitar yardım göstərib. 2023-cü il mayın 7-də Ərəb Dövlətləri Liqasının Şurası Qahirədə keçirilən təcili iclasda Suriyanın regional birliyə qayıtması barədə qərar qəbul edib. Suriyanın keçmiş lideri Bəşər Əsəd 2023-cü il mayın 19-da 2010-cu ildən bəri ilk dəfə olaraq təşkilatın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sammitində iştirak edib.
Oxşar xəbərlər
Suriyanın XİN rəhbəri Qətər, BƏƏ və İordaniyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN: Ərəb Liqasına qayıtmağı səbirsizliklə gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın xarici işlər və müdafiə nazirləri BƏƏ-yə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səkkiz ərəb naziri İordaniyada Suriya ilə bağlı görüş keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












