Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.
Sizinxeber.az-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda deyilir:
“Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”.
Qeyd edək ki, PKK terror təşkilatının bir qrupu bu gün İraqın Süleymaniyyə bölgəsində tərksilah olub.
4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.
Oxşar xəbərlər
Dördü rəhbər olmaqla 30 PKK üzvü tərksilah edilib - FOTO - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
PKK-çıların tərksilah olmasının GÖRÜNTÜLƏRİ - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
AK Partiya Öcalanın PKK-nın tərksilah olmasına dair çağırışını şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
PKK silahı yerə qoymağa başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













