Prezident İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev: Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub


Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.

“Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir”, - deyən Azərbaycan Prezidenti bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edib.

Oxşar xəbərlər

Prezident: PKK-nın özünü ləğv etməsi yalnız Türkiyə üçün deyil, bölgədəki xalqlar üçün önəmli məsələdir
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşü keçirilib - YENİLƏNİB-1 - VİDEO
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər