Tramp Kəşmir probleminin həllinə çalışacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
may
2025
09:50

Tramp Kəşmir probleminin həllinə çalışacaq

11 may, 2025
09:50
497

Tramp Kəşmir probleminin həllinə çalışacaq

ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllinə çalışacaq.

Sizinxeber.az-nın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib.

ABŞ Prezidenti Pakistan və Hindistan rəhbərliyinin hazırkı qarşıdurmanı dayandırmağın vaxtı çatmasını anlayacaq müdrikliyə və iradəyə malik olması ilə qürur duyduğunu vurğulayıb: "Milyonlarla günahsız insan ölə bilərdi. Fəxr edirəm ki, ABŞ bu tarixi qərarın qəbulunda sizə kömək edə bildi”.

Hər iki ölkə ilə ABŞ arasında ticarətin genişlənməsini istədiyini nəzərə çatdıran Donald Tramp Kəşmir probleminin həlli üçün hər iki tərəflə çalışacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın