ABŞ 2026-cı ildə qeyri-müdafiə xərclərini 22,6% azaldacaq
sizinxeber.az xəbər saytı

ABŞ 2026-cı ildə qeyri-müdafiə xərclərini 22,6% azaldacaq


ABŞ-ın 2026-cı maliyyə ili üçün büdcə təklifi qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənəddə deyilir.

"Prezident Donald Tramp müdafiə ilə əlaqəsi olmayan sahələrdə büdcə səlahiyyətlərini 163 milyard dollar – cari ilin xərcləri ilə müqayisədə 22,6% – azaltmağı təklif edir. Bununla yanaşı, milli təhlükəsizlik, veteranlar, yaşlı insanlar, hüquq-mühafizə orqanları və infrastrukturun maliyyələşdirilməsi qorunub saxlanılır", – Ağ Evdən verilən açıqlamada deyilir.

Məlumatda bildirilir ki, bu rəqəm 163 milyard dollar azalaraq 720,5 milyard dollardan 557,4 milyard dollara enəcək.

Oxşar xəbərlər

ABŞ Dövlət Departamenti və USAID-in xərclərini 2,5 milyard dollar azaldacaq
Tramp: Yeni rüsumlar ABŞ-a gündəlik 2–3 milyard dollar qazandırır
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
ABŞ Polşaya 1,3 milyard dollar dəyərində raket satışını təsdiqləyib
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər