ABŞ Dövlət Departamenti və USAID-in xərclərini 2,5 milyard dollar azaldacaq
ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün xərcləri 2,46 milyard dollar azaltmağı təklif edir.
APA xəbər verir ki, bu, cümə günü Ağ Evin dərc etdiyi ABŞ-ın 2026-cı maliyyə ili üçün federal büdcə layihəsində öz əksini tapıb.
Bununla yanaşı, administrasiya digər ölkələrdə iqtisadi dəstək və inkişaf proqramlarının maliyyələşdirilməsini dayandırmağı və bununla da xərcləri 8,3 milyard dollar azaltmağı planlaşdırır.
Hökumət beynəlxalq fövqəladə hallara dəstək proqramları üçün maliyyəni azaltmaqla 3,2, səhiyyə və ailə planlaması proqramları üçün maliyyəni azaltmaqla 6,2, ərzaq məhsullarının digər ölkələrə çatdırılmasını nəzərdə tutan bir sıra proqramlardan imtina etməklə 1,6 milyard dollar qənaət etmək niyyətindədir.
Ümumilikdə, xarici siyasət xərclərinin cari maliyyə ilinin büdcə layihəsi ilə müqayisədə 83,7% azalaraq 9,6 milyard dollara qədər azaldılması təklif edilir.
Oxşar xəbərlər
ABŞ xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq
Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb
KİV: Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













