Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
sizinxeber.az xəbər saytı

Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır


Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən güzəştə getməyə razıdır.

APA xəbər verir ki, bunu “Fox News” telekanalına Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Kelloqun sözlərinə görə, ABŞ da Rusiyanın bəzi ərazi tələbləri ilə qismən razılaşmağa hazırdır.

O bildirib ki, ABŞ Londonda keçirilən görüşdə Ukraynada sülhün bərpa olunması üçün 22 konkret şərt irəli sürüb və Kiyev bu şərtlərlə razılaşıb.

"Bu əraziləri hüquqi baxımdan daimi olaraq tanımaq fikrində olmasalar da ukraynalılar faktiki olaraq Rusiya tərəfindən işğal olunmuş əraziləri güzəştə getməyə hazırdırlar. Onlar belə bir varianta razıdırlar. Onlar başa düşürlər ki, atəşkəs rejimi qurulanda hər tərəf öz mövqelərində qalacaq. Məhz buna hazırdırlar. Keçən həftə mənə bildirdilər ki, bu razılaşmanı artıq müzakirə ediblər.", – deyə Kelloq bildirib.

Oxşar xəbərlər

Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir
Kelloq: Trampın etibarlı Ukrayna planı mövcuddur
KİV: Ukrayna ABŞ-ın sülh təklifinə “90%” razıdır
Trampın xüsusi nümayəndəsi: Ukraynada münaqişənin nizamlanması üzərində işləyirik
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər