KİV: Ukrayna ABŞ-ın sülh təklifinə “90%” razıdır
Ukrayna ABŞ-ın təqdim etdiyi sülh təklifinə “90%” razıdır. Gələn həftə Londonda tam və hərtərəfli atəşkəsin razılaşdırılması gözlənilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə yüksək vəzifəli Ukrayna rəsmisi “New York Post”a açıqlama verib. Məlumata görə, Ukraynanın müdafiə naziri ABŞ rəsmilərinə bildirib ki, Kiyev Prezident Donald Trampın bu həftə Parisdə dövlət katibi Marko Rubio və digər nümayəndələr vasitəsilə təqdim etdiyi sülh təklifinə “90%” razıdır.
“Gələn həftə Londonda biz tam və hərtərəfli atəşkəs üçün qərar vermək istəyirik. İndi bütün gözlər Kremlin cavabındadır”, - rəsmi bildirib.
Rəsminin sözlərinə görə, bundan sonra atılacaq növbəti addımlar müəyyənləşəcək.
Bildirilib ki, Donald Tramp Moskvanın razılığı olmadığı təqdirdə danışıqlar masasından çəkiləcək və münaqişəyə görə məsuliyyəti Avropadakı müttəfiqlərinin üzərinə qoyacaq.
Yüksək vəzifəli rəsmi bildirib ki, Rusiyanı danışıqlar masasına gətirmək məqsədilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvanı sanksiyaların azaldılması və mümkün halda ələ keçirilən aktivlərin dondurulmasının açılması ilə razı sala bilər.
Oxşar xəbərlər
Ukrayna üzrə növbəti danışıqlar turu gələn həftə Londonda keçiriləcək
Tramp: Rusiya atəşkəs təklifinə bu həftə cavab verəcək
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













