"Politico": Aİ ABŞ-a sərt tariflər tətbiq edə bilər
Avropa İttifaqı ABŞ-a qarşı sərt cavab rüsumlarının tətbiqi, eləcə də ABŞ silahlarının alışını azaltmaq imkanlarını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Politico”ya görə, əks tədbirlərə yeni silah təchizatı kanallarının yaradılması, Avropa hərbi-sənaye kompleksinin muxtariyyətinin artırılması və sair kimi addımlar daxil edilə bilər.
Həmçinin Brüssel ABŞ şirkətlərinin, banklarının fəaliyyətini məhdudlaşdıra, patentləri etibarsız hesab edə və ya şirkətlərin proqram təminatı yeniləmələrindən və ya yayımdan gəlir əldə etməsinə mane ola bilər.
Bundan əlavə, Almaniya, Fransa və Polşa da gələcək müdafiə müqavilələrini ABŞ-dan Avropa istehsalçılarına köçürməyi düşünür.
Oxşar xəbərlər
“Politico”: İran İsrailə genişmiqyaslı hücum etməkdən imtina edə bilər
Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir
KİV: Aİ Rusiya və İran şirkətlərinə qarşı sanksiyaları genişləndirəcək
"Politico": İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













