ABŞ-da sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb
ABŞ-ın Florida ştatında yerləşən Orlando Beynəlxalq Hava Limanında “Delta Airlines” aviaşirkətinə məxsus “Airbus A330” tipli sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl yanmağa başlayıb.
APA xəbər verir ki, bu barədə "CBS News" federal mülki aviasiya administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı təyyarə artıq uçuş-enmə zolağında dayanıb və uçuşa hazır vəziyyətdə olub.
Məlumata görə, təyyarənin iki əsas mühərrikindən birində alov müşahidə edilib.
Ekipaj sərnişinləri dərhal fövqəladə evakuasiya yastıqları vasitəsilə təxliyə edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.
Qeyd edək ki, təyyarədə 282 sərnişin, 10 bort bələdçisi və 2 pilot olub.
Oxşar xəbərlər
Xəzər dənizi üzərində qəza siqnalı verən Dubay-Moskva sərnişin təyyarəsi Həştərxana təcili eniş edib - YENİLƏNİB
Antalya hava limanında Rusiyanın SSJ-100 təyyarəsi yanıb - VİDEO - YENİLƏNİB 2
Antalya hava limanında Rusiyanın SSJ-100 təyyarəsi yanıb - VİDEO - YENİLƏNİB
Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
Cənubi Koreyada təyyarə yanıb, sərnişinlər təxliyə edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













