Rubio: Döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin bitməsi ilə bağlı danışıqlar başlaya bilməz
Cəbhədə aktiv döyüşlər dayandırılmayana qədər Ukraynada müharibənin dayandırılması ilə bağlı substantiv danışıqlar başlaya bilməz.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-nin Ukraynada sülhə nail olmaq strategiyası “A planı” və “B planı” adlandırdığı iki əsas mərhələni əhatə edir.
“A planı atəşi dayandırmaqdan ibarətdir. B planı isə bu müharibəni əbədi olaraq sona çatdırmaq məqsədilə bir yol tapmaq üçün masa arxasına keçməsidir”, - Rubio vurğulayıb.
O, etiraf edib ki, Amerika planının ikinci mərhələsini həyata keçirmək asan deyil.
Lakin Rubio əmindir ki, birinci mərhələ başa çatmayana qədər ikinciyə yaxınlaşmaq mümkün olmayacaq.
Oxşar xəbərlər
ABŞ dövlət katibi: Ukraynada müharibəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ-də Putinlə danışıqlar aparmağın çətin olacağını başa düşürlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ Rusiya ilə dondurulmuş Rusiya aktivlərini müzakirə etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio Rusiyanın Ukraynaya dair mümkün güzəştləri ilə bağlı şərh verməkdən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













