ABŞ uzaqmənzilli raketlərə qarşı “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır
sizinxeber.az xəbər saytı

ABŞ uzaqmənzilli raketlərə qarşı “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır



ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qorumaq məqsədilə “Qızıl Qübbə” müdafiə sisteminin hazırlanması üzərində çalışır.


Sizinxeber.az-nın CNN-ə istinadən verdiyi məlumata görə, Ağ Ev bu layihəni Pentaqonun əsas prioritetlərindən biri kimi qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp bu məqsəd üçün hər hansı maliyyə məhdudiyyəti tətbiq etməyəcək.

Mənbələrin bildirdiyinə görə, Pentaqonun büdcəni azaltmaq istiqamətində addımlar atdığı bir dövrdə administrasiya hərbi rəhbərliyə “Qızıl Qübbə” layihəsinin maliyyələşdirilməsinin 2026-2030-cu illər üçün yeni büdcə proqnozlarına daxil edilməsini tapşırıb.

Oxşar xəbərlər

Tramp: ABŞ yeni "Qızıl Qübbə" raketdən müdafiə sistemini yerləşdirmək niyyətindədir
Tramp: ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır
Tramp Pentaqona müdafiə büdcəsini azaltmağı tapşırıb
ABŞ-də Senat Pentaqonun yeni rəhbərini təsdiqləyib
“Hizbullah” Qüdsə doğru çoxlu sayda uzaqmənzilli raket atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər