Tramp Pentaqona müdafiə büdcəsini azaltmağı tapşırıb
ABŞ prezidenti Donald Trampın administrasiyası Pentaqona qarşıdakı beş il ərzində müdafiə büdcəsini hər il 8% azaltmaq planını hazırlamağı tapşırıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Washington Post” qəzeti məlumat yayıb.
“Tramp administrasiyası Pentaqona böyük büdcə kəsirlərini planlaşdırmağı tapşırıb. Pentaqonun katibi Pit Heqset Pentaqonun rəhbər heyətinə və ABŞ ordusunun bütün komandanlıqlarına növbəti beş il ərzində müdafiə büdcəsini 8% azaltmaq planını hazırlamağı tapşırıb”, - nəşr yazır.
Nəşrin yazdığına görə, təklif olunan tədbirlər Pentaqonun büdcəsinin hər il on milyardlarla dollar həcmində əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Müvafiq planların təqdim edilməsi üçün son tarixin isə 24 fevral olduğu bildirilir.
Qeyd edək ki, ötən ilin dekabr ayında Trampın sələfi Co Bayden 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
Oxşar xəbərlər
ABŞ-də Senat Pentaqonun yeni rəhbərini təsdiqləyib
KİV: Trampın dövründə Pentaqona Kristofer Miller rəhbərlik edə bilər
İsrail müdafiə naziri orduya qəzzalıların köçürülməsi üçün plan hazırlamağı tapşırıb
Xamneyi Ali Milli Təhlükəsizlik Şurasına İsrailə qarşı cavab planı hazırlamağı tapşırıb
Tramp Maskın Pentaqonun mənimsədiyi milyardları tapacağına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
