Tramp: ABŞ  "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır


ABŞ Prezidenti Donald Tramp “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini açıqlayıb.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya sadəcə bu səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.

Sizinxeber.az-nın xəbərinə görə, ABŞ Prezidenti Konqresdəki çıxışında bu sistemin İsraildə olduğunu da vurğulayıb.

" Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq. Biz, həmçinin, Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini dirçəltmək niyyətindəyik”, - deyə Tramp əlavə edib.

Oxşar xəbərlər

Tramp: ABŞ yeni "Qızıl Qübbə" raketdən müdafiə sistemini yerləşdirmək niyyətindədir
Tramp ABŞ-də “Dəmir qübbə” sisteminin hazırlanması haqqında fərman imzalayıb
Tramp: "Dəmir qübbə" sistemi 60 gün ərzində hazırlanmalıdır - YENİLƏNİB
Ərdoğan: Son 22 ildə Türkiyənin müdafiə sənayesi layihələrinə 96 milyard dollardan çox investisiya qoyulub
Tramp: ABŞ Qrenlandiyanı əldə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər