Tramp: ABŞ yeni "Qızıl Qübbə" raketdən müdafiə sistemini yerləşdirmək niyyətindədir
Sizinxeber.az xəbər verir ki, Prezident Tramp Konqresdə çıxışı zamanı “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini söyləyib.
“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə qalxanını maliyyələşdirməsini xahiş edirəm. Ronald Reagan bunu çoxdan etmək istəyirdi, amma texnologiya sadəcə o səviyyədə deyildi, hətta istəniləm səviyyəyə yaxın da deyildi. Amma indi texnologiyamız var”, - Tramp bildirib.
O qeyd edib ki, bu sistemlər başqa yerlərdə, İsraildə var.
Trampın fikrincə ABŞ də bu sistemlərə sahib olmalıdır.
“Bu, çox vacibdir. Bu, çox təhlükəli dünyadır. Bizdə bu ssistemlər olmalıdır. Biz qorunmaq istəyirik. Biz müdafiə sənaye bazamızı gücləndirmək üçün vətəndaşlarımızı heç vaxt olmadığı kimi qoruyacağıq. Biz həmçinin Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini diriltmək niyyətindəyik”, - Tramp əlavə edib.
Oxşar xəbərlər
Həsrət Cəfərov: Vətənə medalla qayıtdığıma görə çox sevincliyəm
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
Tramp ABŞ-də “Dəmir qübbə” sisteminin hazırlanması haqqında fərman imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













