Tramp və Zelenski Ukrayna AES-lərinin ABŞ-nin mülkiyyətinə verilməsi məsələsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Tramp və Zelenski Ukrayna AES-lərinin ABŞ-nin mülkiyyətinə verilməsi məsələsini müzakirə edib


ABŞ Ukraynaya atom elektrik stansiyalarının istismarında kömək edə bilər.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra yaydıqları birgə bəyanatda deyilir.

"Prezident Tramp Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyaları məsələlərini də müzakirə edib. O bildirib ki, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsindən istifadə edərək, bu stansiyaların istismarına böyük köməklik göstərə bilər. Bu stansiyaların ABŞ tərəfinə məxsus olması bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olacaq", - sənəddə deyilir.

Oxşar xəbərlər

Tramp Kiyevin əlavə HHM vasitələrinin tədarükü tələbinin üzərində işləyəcək
Tramp: Zelenski danışıqlara hazırdır
Ağ Ev: Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qətiyyətlidir
Zelenski Rusiyanın Ukraynadakı AES-lərə mümkün hücum təhlükəsi barədə BMT tribunasından xəbərdarlıq edib
Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər