Tramp: Zelenski danışıqlara hazırdır
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı mesaj aldığını deyib.
Konqresdə danışan Tramp bildirib ki, Zelenski mesajında Ukraynanın istənilən vaxt "resurs sazişi"ni imzalamağa hazır olduğunu qeyd edib:
“Mən Ukrayna Prezidenti Zelenskidən vacib mesaj aldım. Mesajda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.
Sizinxeber.az-nın xəbərinə görə, Tramp bildirib ki, Rusiya ilə də ciddi müzakirələr aparıb: “Biz Rusiya ilə də ciddi müzakirələr apardıq, onlardan sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu gözəl olmazdımı? Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri bitirmək istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, - deyə, Tramp vurğulayıb.
Oxşar xəbərlər
Tramp: Ukrayna istənilən vaxt resurslarla bağlı sazişi imzalamağa hazırdır
Zelenski: Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq
Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
