Ağ Ev: Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qətiyyətlidir
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı yaxşı keçib. Zelenski ABŞ-ın dəstəyinə görə Trampa təşəkkür edib.
APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında deyib.
Ağ Ev sözçüsü bildirib ki, Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qərarlıdır: “Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. Prezident Tramp sayəsində buradayıq. Bir neçə il əvvəl bu müharibədə qismən atəşkəsə nail olmaq mümkün deyildi”.
Ağ Ev sözçüsünün sözlərinə görə, telefon danışığı zamanı Zelenski Trampdan mülki insanları qorumaq üçün əlavə Hava Hücumundan Müdafiə sistemləri, xüsusilə "Patriot" raket sistemləri istəyib: “Prezident Tramp da xüsusilə Avropada mövcud olan raketlər üzərində birgə işləməyə razılıq verib”.
Kerolayn Livitt qeyd edib ki, Ukrayna və ABŞ müharibəyə reallıqda son qoymaq üçün birgə işləməyə davam edəcəklər.
Bundan əlavə Tramp Zelenskiyə Putinlə telefon söhbəti və müzakirə olunan əsas məsələlər barədə tam məlumat verib.
Liderlər Kurskdakı vəziyyəti nəzərdən keçiriblər və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı müdafiə qərargahları arasında yaxından məlumat mübadiləsi aparmağa razılaşıblar.
Oxşar xəbərlər
Tramp Zelenski ilə telefon zəngi barədə bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp və Zelenski ekspert qruplarının Səudiyyə Ərəbistanında görüşü barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












