Hondurasda təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər həlak olub
Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “La Prensa” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb.
İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.
Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş “Jetstream 41” təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.
Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb.
Oxşar xəbərlər
Torontoda təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb - YENİLƏNİB2
Torontoda təyyarə qəzasında yaralananların sayı 15-ə çatıb - YENİLƏNİB
ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb
Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, 124 nəfər ölüb - VİDEO - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
