Torontoda təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb  - YENİLƏNİB2
sizinxeber.az xəbər saytı

Torontoda təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb - YENİLƏNİB2


Kanadada təyyarə qəzasında yaralananların sayı 17-yə çatıb

Kanadada Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması zamanı yaralananların sayı 17-yə yüksəlib.

Sizinxeber.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə , təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olub, onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.

Onlardan biri uşaq olmaqla üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

***

02:02

Toronto hava limanında Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 15-ə yüksəlib.

Sizinxeber.az xəbər verir ki, bu haqda CTV telekanalı məlumat yayıb.

Daha əvvəl səkkiz nəfərin yaralandığı, onlardan üçünün, o cümlədən bir uşağın vəziyyətinin ağır olduğu bildirilmişdi.

Qeyd edək ki, ABŞ-nin Minneapolis ştatından uçan kiçik “Bombardier” tipli təyyarə eniş zamanı arxası üstə çevrilib. Təyyarədə 80 nəfər olub. Hadisədən sonra hava limanı fəaliyyətini dayandırıb. Hadisə zamanı ölənlərin olmadığı təsdiqlənib.

Telekanalın məlumatına görə, qəzanın uçuş-enmə zolağının vəziyyəti ilə bağlı olması ehtimalı azdır. İlkin ehtimala görə təyyarənin çevrilməsinə güclü külək səbəb olub.

***

00:39

Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Qəza nəticəsində azı 8 nəfər xəsarət alıb. İlkin məlumata görə ekipaj üzvləri və sərnişinlərin hamısı sağdır.

Hadisə təyyarə enəndə baş verib. Belə ki, düzgün eniş edə bilməyən təyyarə arxası üstə çevrilib.

Modeli açıqlanmayan təyyarənin ABŞ-nin Minneapolis şəhərindən uçduğu bildirilir.

Oxşar xəbərlər

Torontoda təyyarə qəzasında yaralananların sayı 15-ə çatıb - YENİLƏNİB
Torontoda təyyarə qəzasında azı 15 nəfər yaralanıb - YENİLƏNİB
Torontoda Delta Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 176-ya çatıb, üç nəfər itkin düşüb - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər