sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ Ukraynaya hərbi yardımı bərpa edib
ABŞ Səudiyyə Ərəbistanında danışıqlar zamanı verdiyi vədi yerinə yetirərək Ukrayna ordusuna hərbi yardımı bərpa edib.
APA xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa öz “Facebook” səhifəsində məlumat verib.
"Razılaşmalar həyata keçirilməyə başlayır. Mübarizə davam edir!", - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampla Ağ Evdə jurnalistlərin qarşısında mübahisəsindən sonra ABŞ Ukraynaya silah tədarükünü dayandırmışdı.
Oxşar xəbərlər
Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram"
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
ABŞ Ukraynaya hərbi yardımı dayandırır - YENİLƏNİB
KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
KİV: ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













