Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram"
sizinxeber.az xəbər saytı

Zelenski: "ABŞ-nin Ukraynaya yardımı dayandıracağına inanmıram"


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Oval ofisdəki mübahisəsindən sonra münasibətləri düzəltməyin mümkünlüyünə inanır.

Sizinxeber.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Zelenski London Sammitindən sonra jurnalistlərə bildirib.

Zelenski danışıqların bağlı qapılar arxasında davam etdirilməsinin vacibliyini vurğulayıb.

"ABŞ-ın Ukraynaya yardımı dayandıracağına inanmıram. Çünki Tramp Vladimir Putinə kömək etmək istəmir" deyə, Ukrayna prezidenti qeyd edib.

Bununla belə, o, gözlənilən bütün çağırışlara hazır olacağını vurğulayıb.

Zelenski Ukraynanın yeraltı sərvətlərinin istismarı üçün ABŞ-la müqavilə imzalamağa hazır olduğunu bir daha bildirib.

Oxşar xəbərlər

Zelenski: ABŞ çətin ki, Ukraynaya yardımı dayandırsın
Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq
Zelenski Fransaya səfər edib, Trampla görüş keçirə bilər
Zelenski: Ukrayna sülh müzakirələrində Avropa və ABŞ-nin iştirakını istəyir
Zelenski Tramp və Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər