ABŞ-də 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək
sizinxeber.az xəbər saytı

ABŞ-də 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək


ABŞ-nin Cənubi Karolina ştatının rəsmiləri martın 7-də son 15 ildə ilk dəfə bir məhbusu güllələyərək edam etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 67 yaşlı Bred Siqmon özü elektrik stulu, odlu silah və ya öldürücü iynə arasında seçim edərək bu üsulu özü seçib.

1967-ci ildən bəri ABŞ-də yalnız üç nəfər bu şəkildə edam edilib. Hər üç hal Yuta ştatında, sonuncusu isə 2010-cu ildə qeydə alınıb.

Siqmon 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini beysbol çubuğu ilə döyərək öldürməkdə təqsirli bilinib. Bundan sonra o, yoldaşını qaçırsa da, qadın onun əlindən qaça bilib.

Oxşar xəbərlər

Cənubi Karolina Ali Məhkəməsi ştatda ölüm hökmünü qanuni sayıb
Cənubi Karolinada 13 ildə ilk dəfə ölüm cəzası icra ediləcək
Almaniya İrandakı səfirini geri çağırıb
2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib
ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər