Cənubi Karolinada 13 ildə ilk dəfə ölüm cəzası icra ediləcək
ABŞ-nin Cənubi Karolina ştatının hüquq-mühafizə orqanları 13 ildə ilk dəfə sentyabrın sonunda edam prosesi həyata keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
1997-ci ildə mağaza işçisini öldürməkdə təqsirli bilinən Fredi Yucin Ouens sentyabrın 20-də edam olunacaq.
Agentliyin məlumatına görə, Cənubi Karolina əvvəllər ən çox edamın həyata keçirildiyi ştatlardan biri olub, lakin xüsusi dərmanların əldə edilməsi ilə bağlı problemlərə görə icra olunmayıb.
Qeyd edək ki, ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir. 1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Bunlardan 1 402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.
Bununla yanaşı, 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.
Oxşar xəbərlər
Cənubi Karolina Ali Məhkəməsi ştatda ölüm hökmünü qanuni sayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran həbsxanalarında son bir ayda 55 məhbus edam edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda qadınlara qarşı repressiyalarla bağlı hesabat yayılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçu edam ediləcək - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












