Cənubi Karolina Ali Məhkəməsi ştatda ölüm hökmünü qanuni sayıb
sizinxeber.az xəbər saytı

Cənubi Karolina Ali Məhkəməsi ştatda ölüm hökmünü qanuni sayıb


ABŞ-da Cənubi Karolina ştatının Ali Məhkəməsi ştatda güllələnmə, öldürücü inyeksiya və elektrik stulu üsulları ilə ölüm cəzasının tətbiqinin qanuni olduğuna dair qərar qəbul edib.

APA xəbər verir ki, Cənubi Karolina ştatının Ali Məhkəməsi, məhbusların 2011-ci ildə irəli sürdükləri iddiaya yenidən baxıb. İddiada edam praktikasının Konstitusiya ilə qadağan olunduğu müdafiə olunub.

Ali Məhkəmənin beş hakiminin hamısı ştatda güllələnmə, öldürücü inyeksiya və ya elektrik stulu ilə ölüm cəzasının verilməsinin qanuni olduğuna dair qərar qəbul edib.

Qərarda qeyd olunub ki, edama məhkum edilən məhbus ona ən az ağrı verəcəyini düşündüyü bu 3 üsuldan birini seçə bilər.

Bu qərar ştatda edamların qapısını yenidən açsa da, nə zaman yenidən tətbiq olunacağı və ya ölüm cəzası alan məhbusların vəkillərinin qərara etiraz edib etməyəcəyi məlum deyil.

Qeyd edək ki, hazırda Cənubi Karolina ştatında ölüm hökmü verilən 32 məhbus var.

1976-cı ildə ABŞ-da ölüm hökmünün bərpasından bu yana Cənubi Karolinada 43 məhbusun edam edildiyi və məhbusların demək olar ki, hamısının öldürücü inyeksiyanı seçdiyi bildirilir.

Oxşar xəbərlər

Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Toivo Klaar: Xüsusi nümayəndələrin görüşü Cənubi Qafqazın daha sabit olması üçün vacib elementdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar Gülərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər