KİV: ABŞ Rusiya ərazisində “Storm Shadow”dan istifadəyə icazə verməyə bilər
sizinxeber.az xəbər saytı

KİV: ABŞ Rusiya ərazisində “Storm Shadow”dan istifadəyə icazə verməyə bilər


ABŞ-ın ATACMS raketlərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumlarını təsdiqləməsi avtomatik olaraq Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verilməsi demək deyil.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə bu raketlərin texniki xüsusiyyətləri fərqlidir və buna görə də hər iki vəziyyət ayrıca nəzərdən keçirilir.

Nəşr qeyd edir ki, Britaniya hakimiyyəti Vaşinqtonun Rusiya ərazisinin dərinliklərində “Storm Shadow”dan istifadəyə yaşıl işıq yandırsın deyə ABŞ-a təzyiq göstərməyə çalışır.

Qəzet həmçinin vurğulayıb ki, bunlar Britaniya raketləri olsa da, onların istifadəsi ABŞ texnologiyasına əsaslanır və bunun üçün ABŞ-dan icazə tələb olunur.

Oxşar xəbərlər

Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: London və Vaşinqton Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər