ABŞ-da “McDonald's”da bir nəfər zəhərlənərək ölüb
sizinxeber.az xəbər saytı

ABŞ-da “McDonald's”da bir nəfər zəhərlənərək ölüb


ABŞ-da “McDonald's” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7” ştammı ilə bağlı 49 hadisə qeydə alınıb", - məlumatda deyilir.

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald's”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.

Oxşar xəbərlər

Tramp Harrisi “McDonald's”-da işləməklə bağlı yalan danışmaqda ittiham edib
Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO
Göygöldə baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Göygöldə qəza olub, xəsarət alanlar var
KTM: Ötən ay zəhərlənmə ilə 101 nəfər qəbul edilib, 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər