Harris Trampı sorğularda 5 faiz qabaqlayır
Ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ABC televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50 %-i Harrisi, 45 %-i isə Trampı dəstəkləyir. Noyabr ayında keçiriləcək səsvermədə iştirak etməyi planlaşdıran, artıq qeydiyyatdan keçmiş amerikalı seçicilər arasında keçirilən sorğunun nəticələri də bunu göstərir - Harris Trampı 4 faiz qabaqlayıb.
Sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb. Burada ölkə üzrə 2,3 mindən çox insan iştirak edib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Harris əksər ştatlarda Trampı üstələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
