Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik
ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və İsrailin Tehrana eyni ölçülü cavab verməli olduğunu bildirib.
APA xəbər verir ki, Bayden “Helen” qasırğasının vurduğu Şimali və Cənubi Karolinaya səfər etmək üçün təyyarəsinə minməzdən əvvəl Yaxın Şərqdəki son hadisələrə münasibət bildirib.
Bayden jurnalistlərin mövzu ilə bağlı sualına cavab verərkən İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.
İsrailli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini bildirən Bayden, həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin eyni ölçülü cavab verəcəyinə razılaşdıqlarını qeyd edib.
Oxşar xəbərlər
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Co Bayden və Kamala Harris İranın İsrailə hücumunu izləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzada atəşkəslə bağlı razılaşma əldə olunarsa, İranın İsrailə hücumunu dayandıracağını gözlədiyini deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












