TDT missiyasının rəhbəri: Seçkilər beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun şəkildə keçirilib
"Ötən gün biz 36 seçki məntəqəsində olduq, burada hər hansı müdaxiləni qeydə almadıq. Hər kəsə seçki hüququndan istifadə üçün şərait yaradılıb".
Sizinxeber.az-nın məlumatına görə, ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Ömer Kocaman bu gün keçirilən mətbuat konfransında söyləyib.
O, missiyanın Nərimanov rayonundakı 21 saylı seçki məntəqəsində səslərin sayılması prosesini də izlədiyini vurğulayıb:
“Missiya seçkilərin nəticələrinə təsir edən hər hansı hal aşkarlamayıb. Həmçinin seçki məntəqələrinin daxilində və yaxınlığında heç bir neqativ hala rast gəlinməyib. Seçkilərin açıq və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun keçirildiyini bəyan edirik”.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar isə deyib ki, növbədənkənar parlament seçkilərində qadın namizədlərin sayı kifayət qədər çox olub, bu isə təqdirəlayiq haldır. Aygün Attarın sözlərinə görə, səsvermə prosesində iştirak edən seçicilər arasında qadınlar fəallıq göstərib. O, bu halın demokratiyanın göstəricisi olduğunu qeyd edib:
“Bu həm də onu göstərir ki, Azərbaycanda cinsi ayrı-seçkiliyə yol verilmir. Bu, mühüm hadisədir”.
Oxşar xəbərlər
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib
MDB Parlamentlərarası Assambleyasının nümayəndəsi: Seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini: Seçkilər çox sakit, demokratik pirinsiplərə uyğun keçirildi
Məzahir Pənahov MDB nümayəndə heyəti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
