Tramp Hörmüz boğazında “Azadlıq Layihəsi”nin yenidən bərpasını nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

Tramp Hörmüz boğazında “Azadlıq Layihəsi”nin yenidən bərpasını nəzərdən keçirir


“Azadlıq Layihəsi” hərbi əməliyyatının yenidən bərpa olunması ehtimalını nəzərdən keçirirəm.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Mən bunu yenidən başlatmağı nəzərdən keçirirəm”, - Tramp bildirib.

Onun sözlərinə görə, lakin bu dəfə Hörmüz boğazında ABŞ gəmilərini müşayiət etmə planı daha geniş hərbi əməliyyatın yalnız bir hissəsi olacaq.

Qeyd edək ki, bu əməliyyat əvvəllər Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ABŞ tərəfindən həyata keçirilmiş dəniz missiyası olub. “Azadlıq Layihəsi” İranla diplomatik danışıqlarda əldə olunan irəliləyişlər fonunda, Pakistanın xahişi ilə müvəqqəti dayandırılıb.

Oxşar xəbərlər

Tramp “Azadlıq Layihəsi” əməliyyatının yenidən bərpasını nəzərdən keçirir
Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər