ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlarda heç bir irəliləyiş olmasa, Vaşinqton Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən "Project Freedom" (Azadlıq Layihəsi) əməliyyatını bərpa edə bilər.
"Report"un məlumatına görə, bu barədə o, Ağ Evin Cənub çəmənliyində jurnalistlərə bildirib.
"Əgər heç nə olmazsa, "Azadlıq Layihəsi"nə qayıda bilərik, amma bu, "Azadlıq Layihəsi +" üstəgəl olacaq", - Tramp deyib.
ABŞ əməliyyatı 4 mayda başlasa da, ertəsi gün Amerika lideri müvəqqəti olaraq dayandırdığını elan edib.
D.Trampın sözlərinə görə, təşəbbüsün dayandırılması qərarı Pakistanın və bir sıra digər ölkələrin xahişi ilə verilib.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.
Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
ABŞ Hörmüz boğazında planlaşdırılan əməliyyatla bağlı İranı məlumatlandırıb
"Fox News": Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır
Uolts: ABŞ və müttəfiqləri İranla bağlı BMT TŞ-nin qətnamə layihəsini hazırlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
