Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp
sizinxeber.az xəbər saytı

Pakistanın xahişi ilə bu layihəni dayandırdıq - Tramp


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında "Azadlıq layihəsi"nin dayandırıldığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” səhifəsində məlumat yayıb.

“Pakistanın və digər ölkələrin xahişi ilə İrana qarşı kampaniyada əldə etdiyimiz böyük hərbi uğurları və Tehran nümayəndələri ilə tam və yekun razılaşmaya nail olmaqda əldə etdiyimiz əhəmiyyətli irəliləyişi nəzərə alaraq, qərara gəldik ki, blokada tam qüvvədə qalsa da, "Azadlıq layihəsi" qısa müddətə dayandırılsın”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına başlamışdı.

Oxşar xəbərlər

ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Tramp: ABŞ danışıqlar başa çatanadək Hörmüz boğazından gəmilərin keçidini dayandıracaq
Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər