Trampın oğlu Şahzadə Harrinin deportasiya olunacağına eyham vurub
ABŞ-ın sabiq prezidenti Donald Trampın ikinci oğlu Erik Tramp bildirib ki, atası noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, şahzadə Harri deportasiya oluna bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, avqustun 6-da “Daily Mail” məlumat yayıb.
Qəzet qeyd edir ki, Şahzadə Harri 2020-ci ildən həyat yoldaşı Meqan Markl və iki uşağı ilə birlikdə ABŞ-da yaşayır.
"Bu ikisini məmnuniyyətlə götürə bilərsiniz, bəlkə də onlara daha ehtiyacımız olmaya bilər. Sanki onlar öz adalarındadırlar", - deyə Erik Tramp bildirib.
Nəşr qeyd edir ki, Harri və Meqan kral ailəsindəki vəzifələrini tərk edərək ABŞ-da yaşamaq niyyətlərini açıqladıqları zaman Donald Tramp onları kraliçaya xəyanət etməkdə ittiham edərək tənqid etmişdi.
Martın 25-də Donald Tramp bildirib ki, p prezident seçiləcəyi təqdirdə, Harrinin ölkədə qalmaq üçün qeyri-qanuni icazə aldığı təsdiqlənərsə, şahzadə Harrini deportasiya edə bilər.
Oxşar xəbərlər
Tramp qələbə qazanacağı təqdirdə Putin və Zelenskini danışıqlara çağıracağına söz verib
Tramp Çin lideri Si Cinpini güclü insan adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
