Rütte: Zəmanətlərimizin iki səviyyəsi olacaq ki, Putin yenidən Ukraynaya hücum etməyi düşünməsin
Ukrayna, ABŞ və Avropa İttifaqı elə təhlükəsizlik zəmanətləri üzərində işləyirlər ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək fikrinə belə düşməsin”.
Sizinxeber.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Vacib olan Ukrayna, ABŞ və Avropanın birlikdə işləməsidir. Biz təhlükəsizlik zəmanətlərindən danışdıq və razılaşdıq ki, iki səviyyə olacaq. Birinci səviyyədə hansısa sülh sazişi və ya atəşkəs və ya hər ikisinin kombinasiyası olacaq”, - deyə o qeyd edib.
Rüttenin sözlərinə görə, birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər gücləndirilməsi üçün olacaq.
“Yəni, onlar istənilən çətinliklərə tab gətirə bilsinlər. İkinci səviyyə isə ABŞ və Avropanın təmin edəcəyi şeydir. Biz əslində bunun üzərində işləyirik”, - deyə o əlavə edib.
NATO-nun Baş katibi xatırladıb ki, Budapeşt Memorandumu və Minsk danışıqları real təminatlara gətirib çıxarmayıb.
“Bizim yeni zəmanətlərimiz belə olmamalıdır. Biz - Ukrayna, Avropa və ABŞ çalışırıq ki, zəmanət elə bir səviyyədə olsun ki, Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək barədə düşünməsin”, - deyə Rütte vurğulayıb.
Oxşar xəbərlər
NATO Baş katibi: Trampın sayəsində Ukrayna-Rusiya münaqişəsində danışıqlara start verilib
Rutte: NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək
Tramp: Düşünürəm ki, Putin və Zelenski Ukrayna münaqişəsinin həllinə razılaşacaqlar
KİV: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO üzvlüyünü əhatə etməyəcək
Zelenski: Qərbdən silah tədarükü Ukraynanın təhlükəsizlik zəmanətinin bir hissəsi ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












