sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Trampın işini aparan prokurora qarşı istintaq başladılıb
ABŞ-da müstəqil federal agentlik olan Xüsusi Müşavir Ofisi ABŞ-ın hazırkı prezidenti Donald Trampın mühakimə olunması ilə məşğul olan sabiq xüsusi prokuror Cek Smitlə bağlı araşdırmaya başlayıb.
APA xəbər verir ki, bu barədə cümə günü “New York Post” qəzeti məlumat yayıb.
2025-ci ilin yanvarında istefa verməzdən əvvəl Smit Trampın məxfi sənədləri düzgün saxlamaması, eləcə də 2021-ci ilin yanvarında prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi iddiaları ilə bağlı işlərə baxırdı.
Qeyd edək ki, Trampa qarşı hər iki iş sonda dayandırılıb.
İstintaq Smitin fəaliyyətini 2024-cü il seçkilərinə müdaxilə hesab edən senator Tom Kotton tərəfindən başladılıb.
Oxşar xəbərlər
ABŞ-də yüzlərlə FTB agenti işdən çıxarıla bilər
Trampa qarşı federal işlərə nəzarət edən xüsusi ittihamçı istefa verib
Trampa qarşı istintaqlara cəlb olunan 20 ədliyyə əməkdaşı işdən çıxarılıb
Trampın istintaqını aparan xüsusi prokuror istefa verib
Məhkəmə Trampın 2021-ci ildə hakimiyyəti saxlamaq cəhdi ilə bağlı iddianı rədd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













