Məhkəmə Trampın 2021-ci ildə hakimiyyəti saxlamaq cəhdi ilə bağlı iddianı rədd edib
sizinxeber.az xəbər saytı

Məhkəmə Trampın 2021-ci ildə hakimiyyəti saxlamaq cəhdi ilə bağlı iddianı rədd edib


ABŞ-da Kolumbiya dairəsinin federal məhkəməsi Donald Trampın 2021-ci ilin yanvarında prezident seçkilərində uduzmasına baxmayaraq hakimiyyəti saxlamaq cəhdi iddiası ilə bağlı işi rədd edib.

Sizinxeber.az xəbər verir ki, prosesə sədrlik edən hakim Tanya Çatkenin müvafiq əmri məhkəmənin elektron məlumat bazasında dərc edilib.

Hakim qeyd edib ki, o, ABŞ hökumətinin işin rədd edilməsi ilə bağlı 25 noyabr vəsatətini təmin etmək qərarına gəlib.

Əmrdə vurğulanır ki, ABŞ prokurorları yenidən ittiham irəli sürmək imkanı əldə edəcəklər. Bu, Tramp prezident postunu tərk etdikdən sonra baş verə bilər, lakin yerli ekspertlərin fikrincə, Ədliyyə Nazirliyi çətin ki, bununla razılaşsın.

Oxşar xəbərlər

Məhkəmə Trampın 400 illik həbsilə bağlı işə yenidən baxmaqdan imtina edib
Tramp məhkəmədən seçkilərə müdaxilə iddiasının rədd edilməsini istəyib
Tramp prezident seçkilərində səs verib
Gürcüstan Konstitusiya Məhkəməsi "Xarici agentlər haqqında" qanunla bağlı prezidentin vəsatətini rədd edib
Rayan Rut məhkəmədə Trampa sui-qəsd cəhdi ittihamlarını rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle