Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib
sizinxeber.az xəbər saytı

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib


Amerikalıların təxminən 70%-i ABŞ prezidenti Donald Trampın büdcə layihəsinin yalnız ABŞ əhalisinin varlı təbəqələrinin xeyrinə olacağına inanır.

APA xəbər verir ki, bu, “Wall Street Journal”ın keçirdiyi sorğuda öz əksini tapıb.

"Bütün respondentlərin təxminən 70%-i qanunun varlılara kömək edəcəyini, yalnız 7%-i isə bu qrupun bundan əziyyət çəkəcəyini bildirib. Respondentlərin ən azı yarısı qanunun kasıb insanlara, fəhlə sinfinə zərər verəcəyini deyib", - sorğunun nəticələrində deyilir.

Respondentlərin eyni yarısının fikrincə, layihə dövlət tibbi yardımı və sosial təminat alan əhalinin sosial cəhətdən həssas qruplarına mənfi təsir göstərəcək.

Onlar düşünürlər ki, bu, həm də iqtisadiyyata zərər verəcək və federal büdcə kəsirini artıracaq.

Oxşar xəbərlər

Trampın prezidentliyinin ilk 100 günü ABŞ-da əksəriyyətin gözləntilərini doğruldub
Sorğu: Amerikalıların əksəriyyəti Trampın fəaliyyətindən narazıdır
Sorğu: Rəyi soruşulan amerikalıların əksəriyyəti Trampın tariflərindən narazıdır
Amerikalıların yarıdan çoxu Trampın tətbiq etdiyi tarifləri dəstəkləmir
Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle