
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib - YENİLƏNİB

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib - YENİLƏNİB
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirib.
Onun sözlərinə görə, ABŞ-ın sözügedən təşkilata daimi üzvlüyü ölkənin maraqları ilə üst-üstə düşmür.
“UNESCO partiya qərəzi ilə mədəni və sosial məqsədləri təbliğ edir, o cümlədən bu təşkilat BMT-nin bizim “ilk növbədə Amerika” siyasətimizə zidd olan beynəlxalq inkişaf proqramını hədsiz dərəcədə dəstəkləyir”, - Tammi Brus qeyd edib.
***
14:45
Prezident Donald Tramp ABŞ-ın UNESCO-ya üzvlüyünü ləğv etməyi planlaşdırır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “New York Post” qəzetinə adı açıqlanmayan Ağ Ev rəsmisi məlumat verib.
Təşkilatın anti-ABŞ və anti-İsrail meylinə görə Trampın belə bir qərar qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə buna oxşar addımlar atıb.
Onun dövründə ABŞ Ümumdünya Səhiyyə Təşkilatı, BMT İnsan Hüquqları Şurası, iqlim dəyişikliyi ilə bağlı qlobal razılaşmadan və İranın nüvə proqramından çıxıb.
ABŞ UNESCO-ya ilk dəfə 1945-ci ildə üzv olub. 1984-cü ildə maliyyə vəsaitlərinin düzgün xərclənməməsini və Amerikaya qarşı qərəzi əsas gətirərək bu təşkilatı tərk edib, 2003-cü ildə yenidən UNESCO-ya üzv olub.
Qeyd edək ki, UNESCO Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır. Təhsil, mədəniyyət və kommunikasiya sahələrində beynəlxalq əməkdaşlığı təşviq edərək dünyada sülhün möhkəmlənməsinə çalışır.