KİV: Tramp ABŞ-ni UNESCO-dan çıxarmağı planlaşdırır
ABŞ Prezidenti Donald Tramp ölkəni BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxarır.
“Report” xəbər verir ki, bu barədə “The New York Post” Ağ Evin mətbuat katibi müavini Anna Kelliyə istinadən bildirib.
Tramp bu addımı təşkilatın anti-Amerika və anti-İsrail əhval-ruhiyyəsi ilə əsaslandırır.
Tramp hələ fevralda ABŞ-nin UNESCO-dakı iştirakı ilə bağlı 90 günlük yoxlama təyin etmiş, təşkilatda hər hansı "antisemit və ya anti-İsrail əhval-ruhiyyəsinin" aşkarlanmasına xüsusi diqqət yetirmişdi.
Yoxlamanın nəticələrinə görə, administrasiya nümayəndələri UNESCO-nun müxtəliflik, bərabərlik və inklüzivlik sahəsindəki siyasəti, eləcə də onun Fələstinyönümlü və Çinyönümlü mövqeyindən narazı qalıb.
"Prezident Tramp Birləşmiş Ştatları amerikalıların noyabrda səs verdiyi ağıllı siyasətə tamamilə zidd olan mədəni və sosial təşəbbüsləri dəstəkləyən UNESCO-dan çıxarmaq qərarına gəlib", — Kelli bildirib.
Oxşar xəbərlər
KİV: Tramp ABŞ-ın UNESCO-dan çıxması barədə qərar qəbul edib
Rubio: Tramp və Si Cinpinin görüş tarixi razılaşdırılır
Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
