Rəsmi Moskva UNESCO-nu sərt tənqid edib
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva UNESCO-nu sərt tənqid edib


UNESCO Katibliyi Baltikyanı və Ukraynada Rusiya ilə bağlı mədəni irs abidələrinin dağıdılması faktlarını biabırçı şəkildə gizlədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov UNESCO işləri üzrə komissiyanın iclasında bildirib.


O, UNESCO-nu Ukrayna və Baltikyanı ölkələrdə Rusiya ilə bağlı tarixi mədəni abidələrin dağıdılmasına reaksiya verməməkdə ittiham edib:"Kiyev hakimiyyəti və onların qərbli himayədarları ilə bir yerdə oynayan katiblik susur. Mən deyərdim ki, Ukraynada, Baltikyanı ölkələrdə, o cümlədən UNESCO tərəfindən qorunan Rusiya tarixi-mədəni irsinin abidələrinin kütləvi şəkildə sistematik şəkildə məhv edilməsi ilə bağlı biabırçı sükut hökm sürür”.
Rusiya XİN başçısı qeyd edib ki, UNESCO Odessanın tarixi hissəsində Böyük Yekaterina və feldmarşal Qriqori Potemkinin abidələrinin sökülməsinə məhəl qoymayıb, cəmi bir həftə sonra ərazini Dünya İrsinin siyahısına salıb.

Oxşar xəbərlər

Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
İcma sədri: Ermənistan ərazisinə UNESCO-nun missiya göndərməsinə icazə vermir
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
Rusiya XİN: Xankəndi Azərbaycan ərazisidir
Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər