İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
sizinxeber.az xəbər saytı

İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib


İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində bir neçə partlayış baş verib.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-şərqində yerləşən liman şəhəri Konarakda üç partlayış səsi eşidilib.

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Buşehr şəhəri və ona yaxın olan Çoqadak şəhərinin ətrafında daha iki partlayış qeydə alınıb.

Hadisələr nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Oxşar xəbərlər

KİV: İranın Buşehr şəhərində partlayış səsləri eşidilib
İranın İsfahan vilayətində partlayış baş verib, ölən və yaralananlar var
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
İranın daha üç şəhərində partlayış səsləri eşidilib
"Mehr": İranın Fars əyalətində və Kiş adasının yaxınlığında partlayışlar baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər