Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar elan edə bilər
ABŞ prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edə bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“The Times” isə Trampın Çin, Hindistan və Türkiyə də daxil olmaqla Rusiya ilə neft ticarəti edən ölkələrə qarşı sərt ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini yazıb.
Burada Söhbət Rusiyadan idxala 500% rüsum nəzərdə tutan qanun layihəsinin dəstəklənməsindən gedir ki bu da əslində qlobal neft embarqosudur.
Agentliyin məlumatına görə, bu cür yanaşmaya səbəb Trampın Rusiya prezidentinin danışıqlardan imtina etməsindən və Ukraynadakı mülki hədəflərə zərbələri davam etdirməsindən narazılığı olub. Qeyd olunur ki, əvvəllər o, qanun layihəsinin çox sərt olduğunu desə də, indi onu diqqətlə nəzərdən keçirir.
Oxşar xəbərlər
Tramp Rusiyaya qarşı yeni sanksiyalara razılıq vermək variantını nəzərdən keçirir
Tramp iyulun 14-də Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyir
ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib
Kelloq: Rusiyaya qarşı yeni sanksiyalar hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













