Kadırov təyyarəmizi vurdurub, matəm elan etdi - RƏSMİ
Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı reysi üzrə "Embraer 190" sərnişin təyyarəsinin vurulması ilə əlaqədar Çeçenistan Respublikasında 28 dekabr 2024-cü il tarixində matəm günü elan edib.
Musavat.com xatırladır ki, hadisə nəticəsində 38 nəfərin həyatını itirməsi ilə bağlı verilən rəsmi sərəncamda ölənlərin ailələrinə başsağlığı ifadə olunub.
Kadırovun imzaladığı sərəncama əsasən:
1. 28 dekabr Çeçenistan Respublikasının bütün ərazisində matəm günü elan edilir.
2. Matəm günü Rusiya Federasiyasının və Çeçenistan Respublikasının dövlət bayraqları endiriləcək.
3. Əyləncə proqramları və tədbirlər dayandırılacaq, həmçinin mədəniyyət müəssisələrinə bu qaydalara riayət etmələri tövsiyə olunacaq.
Kadırovun bu sərəncamı, hadisəyə görə Çeçenistan rəhbərliyinə və Rusiya ordusuna yönələn ittihamların fonunda müzakirələr doğurur. Təyyarənin Rusiya zenit-raket sistemi tərəfindən vurulması iddiaları ilə bağlı istintaq davam edir. Bu arada matəm elan edilməsi, ictimaiyyətdə Rusiyanın məsuliyyəti qəbul etməkdən yayınması kimi qiymətləndirilir.
Hadisənin bütün təfərrüatlarının tam və obyektiv şəkildə araşdırılması, həmçinin məsuliyyət daşıyanların cəzalandırılması Azərbaycan ictimaiyyətinin əsas tələbi olaraq qalır.
Xatırladaq ki, dünən Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznı şəhəri üzərində “bütün hədəfləri vurduğu” üçün öz qohumunu xüsusi mükafatla təltif edib.
Musavat.com
Oxşar xəbərlər
Kadırovun oğlu Çeçenistanın ən yüksək mükafatına layiq görülüb
Azərbaycanın Limadakı səfirliyində matəm günü ilə əlaqədar başsağlığı kitabı açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
