Kadırovun oğlu Çeçenistanın ən yüksək mükafatına layiq görülüb
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, onun təhlükəsizliyini təmin edən idarənin rəisi Adam Kadırov ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilib.
“Sizinxeber.az”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.
“Mən Çeçenistan Respublikasının başçısının təhlükəsizlik idarənin müdiri, hörmətli qardaşım Adam Kadırovu ölkənin ali mükafatı - Kadırov ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu, onun yüksək mənəvi keyfiyyətlərinin və işinə sədaqətinin layiqli etirafıdır”, - deyə Çeçenistan hökumətinin nümayəndəsi bildirib.
O əlavə edib ki, Adam Kadırov əsl vətənpərvər, müsəlman və çeçendir.
Oxşar xəbərlər
Adam Kadırov Çeçenistan Respublikasının ali mükafatına layiq görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
