AZAL təyyarəsini vurduğu ehtimal edilən Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.
Oxu.Az "Haber Global"a istinadla raket barədə məlumatları təqdim edir.
"Pantsir" raket sisteminin iki versiyası var - S1 və S2. Bu sistem hərbi, sənaye və inzibati obyektləri təyyarələrə, helikopterlərə, dəqiq sursatlara, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı qorumaq üçün nəzərdə tutulub. Eyni zamanda, aşağı hündürlüklərdə dəqiq sursat istifadə edən düşmən hava hücumlarına qarşı hava hücumundan müdafiə bölmələrinə əlavə qorunma təmin edir.
"Pantsir" sistemi bir raket qurğusu, radar avtomobili və komanda mərkəzindən ibarətdir. İlk versiya olan "Pantsir-S1" 2008-13-cü illərdə istehsal edilib.
"Pantsir-S1M" isə 2019-cu ildə təqdim olunub.
"Pantsir-M/EM S1"in dəniz versiyası kimi 2015-ci ilin iyul ayında tanıdılıb.
"Pantsir-S2/S2E" ilk versiyanın modernləşdirilmiş variantıdır. Bundan başqa, "Pantsir-SM", "Pantsir-SA" və "Pantsir-SMD-E" versiyaları da mövcuddur.
"Pantsir-S1" sistemi beş metr hündürlükdən və 200 metr məsafədən 15 kilometr hündürlüyə və 20 kilometr məsafəyə qədər hədəfləri aşkar edib izləmə qabiliyyətinə malikdir.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 39 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Oxşar xəbərlər
"Euronews": AZAL-ın qəzaya düşən təyyarəsi Qroznı yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub
Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub
Rumıniya Ukraynaya “Patriot” verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
