Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Oxşar xəbərlər
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan müdafiə naziri türkiyəli həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












