sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan NATO ilə əməkdaşlıq təcrübəsini yeddi ölkəyə təqdim edib
Azərbaycan NATO ilə əməkdaşlıq təcrübəsini yeddi ölkənin nümayəndələri ilə bölüşüb.
“Report” Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Azərbaycan tərəfi NATO-nun tanışlıq proqramının bir qrup iştirakçısını qəbul edib.
"Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, Pakistan, Qətər, Serbiya və Özbəkistan nümayəndə heyətləri Azərbaycanın NATO yanında nümayəndəliyində olub. Nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə təqdimatla çıxış edib və Azərbaycanın NATO ilə tərəfdaşlığın praktiki aspektləri üzrə təcrübəsini bölüşüb", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Azərbaycanın NATO-dakı Nümayəndəliyi Tanışlıq Proqramı iştirakçılarını qəbul edib
Azərbaycan və Sloveniyanın NATO-dakı nümayəndələri Bakının enerji təhlükəsizliyinə töhfəsini müzakirə ediblər
Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
NATO nümayəndələri Bakıya səfərə gəlib
Azərbaycanın NATO-dakı təmsilçisi slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













