Azərbaycanın NATO-dakı təmsilçisi slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə slovakiyalı həmkarı Marek Varqa ilə Mərkəzi Avropa ölkəsinin Bakı üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın alyansdakı nümayəndəsi yazıb.
C.Hüseynzadə görüşə isveçli həmkarının da qatıldığını bildirib: “Slovakiyanın NATO-dakı daimi nümayəndəsi səfir Marek Varqa ilə Slovakiyanın Azərbaycan üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə etmək üçün İsveçin NATO-dakı daimi nümayəndəsi ilə birlikdə görüşməkdən məmnun oldum”.
“Biz Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun başçılıq etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, enerji təhlükəsizliyinə dəstəyi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticəsi, regional normallaşma prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan – NATO tərəfdaşlığı çərçivəsində əlaqələndirici səfirliyin rolu barədə səmərəli müzakirə apardıq”, – o qeyd edib.
Xatırladaq ki, ötən ayın sonu Azərbaycanın NATO-nun SNT Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi.
Oxşar xəbərlər
Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını Slovakiyanın səfirliyi həyata keçirəcək
Səfirlik: ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir
NATO nümayəndələri Bakıya səfərə gəlib
Azərbaycanda NATO ilə əlaqələndirici funksiyasını Slovakiya səfirliyi həyata keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











