Belarus rəsmisi: Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal edəcəyik
sizinxeber.az xəbər saytı

Belarus rəsmisi: Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal edəcəyik


Yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacaq.

“Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus bildirib.

"Belarus və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq strateji xarakter daşıyır və uzun tarixi ilə məşhurdur, ona görə də biz planlı və sistemli şəkildə işi davam etdiririk", - D.Pantus qeyd edib.

Onun sözlərinə görə, hazırda tərəflər Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər.

"Bu iş davam edir və yaxın gələcəkdə Azərbaycanın hərbi sənaye korpusu ilə birgə məhsullarımız olacaq", - o vurğulayıb.

Oxşar xəbərlər

İşçi qrupun rəhbəri: Belarus Azərbaycanla müxtəlif sahələr üzrə birgə müəssisələr yaratmalıdır
Azərbaycan və Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Pistorius: Ukraynada yaxın gələcəkdə sülh çətin ki, əldə edilsin

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər